Nur Pudra və Kartonpiyer
Daxili məkanlarda divar və tavanlarda dekorativ elementlərin yaradılması, lepka və paduqaların hazırlanması üçün istifadə olunur.
Material haqqında
Gips tərkibində kalsium-sulfat olan kimyəvi tərkibli məhluldur. Emal olunandan sonra müxtəlif sahələrdə istifadə olunur. Divar və tavanların konstruksiyasının estetik, konfort və insan sağlamlığına ziyan olmayan şəkildə proektləşdirilməsi üçün nəzərdə tutulub. Donma vaxtı axma, yığılma və həmçinin çatlama olmur. Nəmin qarşısını alır, divarlar nəfəs alır və sağlıqlıdır. Yanğına dözümlüdür. İsitilik saxlaması zəif olduğundan yanğının yayılmasının gecikdirir.
Tətbiq sahələri
Lepka və paduqaların hazırlanmasında
Gips lövhələrin hazırlanmasında
Üstünlükləri
Hazırlanıb mğhkəmliyini əldə olunduqdan sonra həcmini dəyişmir.
Beton və taxta kimi rütubət keçirir və qormasını dəyişmir.
Gipsin, gips elementinin əldə edilməsi, istifadəsi asan, tez başa gələn və ucuzdur.
İstismarı asandır, artıq əmək və xərc tələb etmir.
Elastik xüsusiyyəti var. Bu da gələcəkdə istifadəçinin məhsulu dəyişdirmək istəyi və tələbi olarsa, asanlıqla həyata keçməsinə imkan yaradır.
Nurgips gipsləri istehsal obyektindən tikinti meydançasına asanlıqla daşına və asan istifadə oluna bilir.
Daşınma və istifadə zamanı təhrif mallar asanlıqla bərpa oluna bilir.
Səth hazırlığı
Səth quru və möhkəm olmalıdır, tozdan, çirkdən, yad cisimlərdən və yapışmağa maneə olan bütün qalıqlardan təmizlənməlidir.
Qarışığın hazırlanması
Məhlulun hazırlanması inşaat gipsində olduğu kimidir.
Təhlükəsizlik tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəklərdən istifadə etmək lazımıdır. Anbarda və ya isitifadə zamanıtərkiblər dəriyə və gözə təmas etməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müraciət edilməlidir. Material tətbiq edilən sahələrdə qida məhsulları olmamalıdır.
Texniki xüsusiyyətləri
İstifadə temperaturu +5̊ C / +35̊ C
0,2 mm №-li ələkdə qalıq, ən çoxu 1%
Əyilmədə möhkəmlik həddi, ən azı 4 N/mm2
Sıxılmada möhkəmlik həddi, ən azı 10N/mm2
Fiziki görünüşü – Ağ toz
Alçı/su nisbəti : 100 qr alçı/75 qr su
İstifadə müddəti : max. 5 dəqiqə
Donma müddəti : max. 15 dəqiqə
Basınc müqaviməti : > 10 N/ mm2 (7 gün sonra)
Əyilmə müqaviməti : > 4 N/ mm2 (7 gün sonra)
Həcm çəkisi : 600-700 qr/ lt
Səth sərtliyi : 60 shore D




