skip to Main Content

Kəpəz Üzlük Suvağı

Kəpəz Üzlük Suvağı

Boyanma işlərindən və divar kağızlarının yapışdırılmasından öncə divar və tavanların suvanması məqsədilə istifadə edilən gips əsaslı tikinti materialı

Material haqqında

Kəpəz üzlük suvağı astar suvağının divar və ya tavana vurulub cilalanmasından sonra tətbiq edilir.

Tətbiq sahələri

Ofis, villa, xəstəxana, otel, istirahət və yaşayış komplekslərində daxili məkanlarda, divar və tavanlarda

Üstünlükləri

Materialın ağ rəngli olması boyanma işlərini asanlaşdırır

Tozlanmır, bu səbəbdən üzərinə vurulan boya və divar kağızının ömrü uzun olur

Yüksək müqavimət gücünə malikdir

Asan cilalanır, demək olar ki, cilalanmadan hamar səth efffekti verir

Üzərində boya və divar kağızı işləri asanlıqla həyata keçirilir

Divarların rütubət balansını tənzimləyir, nəticədə divar nəfəs alır

Çatlamır, kiflənmir, bakteriyaların yayılmasına şərait yaratmır

İstiliyi qoruyur və səs izolyasiyası yaradır

Tərkibində su olduğundan yanğın geecikdirmə xüsusiyyətinə malikdir, yanğına qarşı dayanıqlıdır

Səth hazırlığı

Materialın istifadə edilə biləcəyi ən aşağı hava temperaturu +5̊ C təşkil edir. Tətbiq olunan sahə müxtəlif çirklənmələrdən (toz qatından, sürtkü yağı ləkələrindən, köhnə boyalardan) təmizlənməlidir. Yüksək hava temperaturu, hava quraqlığı şəraitində və səthin normadan artıq quru olduğu hallarda divar və ya tavan səthinin nəmləndirilməsi tövsiyyə olunur.

Qarışdırma

1 kq quru qarışıq 0,65 litr təmiz suda həll olunur. Alınan məhlulu tam tərkib alana qədər suya aramla səpilməli, 2-3 dəqiqə ərzində suyun quru qarışığa hopması gözlənilməlidir. Sonra məhlul mexaniki və ya əl üsulu ilə homogen vəziyyət alana qədər qarışdırılaraq hazır vəziyyətə gətirilməlidir.

Tətbiq qaydası

Qarışıq sərt süngər mala və ya kauçuk mala ilə səthə diaqonal hərəkətlərlə vurulur. Normadan artıq isti havalarda və su çəkici səthlərlə qarışıq (suvaq) tərkibindəki suyu tez itirdiyindən səthdə çatların yaranmaması üçün tətbiqə başlamazdan öncə suvanacaq səth islaq süngər ilə yüngülcə nəmləndirilə bilər. Üzlük suvağı divar səthinə bir və ya bir neçə qat çəkilə bilər.

Saxlama şəraiti

Suvaq materiallarını  ağzı möhkəm bağlı saz taralarda, 0̊ C dərəcədən yüksək temperaturda quru hava şəraitində saxlamaq tövsiyyə edilir.

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

1 kq “Kəpəz Alçı” üçün 0,36-0,38 litr su istifadə olunur.

30 kq-lıq bir kisə üçün 20-21 litr su kifayətdir.

Alçı/su nisbəti : 100 qr alçı/65 qr su

İstifadə müddəti : 80-120 dəqiqə

Donma müddəti : 180-240 dəqiqə

Istifadə miqdarı : Alçı üzlük üstünə, 0,8-1,1 kq/m2

Alçı plaka üstünə, 0,08- 0,10 kq/ m2

Sıxılma müqaviməti : > 4 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 2 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 600-700 qr/ lt

Dənə ölçüsü : 45 ч üzəri % 9-15 160 ч üzəri % 0

Səth sərtliyi : 40 shore D

Back To Top