skip to Main Content

KƏPƏZLATEX iki komponentli su izolyasiya məhlulu

KƏPƏZLATEX iki komponentli su izolyasiya məhlulu

Tərkibində məhsulun keyfiyyət göstəricilərini artıran kimyəvi qatqılar olan, iki komponentli, betona, kərpicə və digər tikinti materiallarına yeni görünüş verən, su keçirməyən, sement əsaslı izolyasiya materialı

Haqqında

Fırça, təkərli fırça, püskürtmə maşını, mala ilə asanlıqla tətbiq edilir və su keçirməyən bir səth yaradır. Su yolu ilə daşınan duzlara və atmosferdəki qazlara qarşı təsirli bir maeə yaradır. Maye halında tətbiq edilən Kəpəzlatex (suya qarşı izolyasiya məhlulu) fundament və damların qorunması üçün, çətin aşınan və su keçirməyən bir membrandır. Piyada və yük nəqliyatının istifadə etdiyi yollarda qoruyucu üzləmə materialı ilə (keramika, nivelir məhlulu ilə) üzlənməlidir.

Xüsusiyyətləri

1 mm-lik Kəpəzlatex karbonatlaşmağa qarşı 80 sm qalınlığında olan beton təbəqə qədər müqavimət yaradır. Mükəmməl yapışdırıcılıq xüsusiyyətlərinə malikdir. Keçiricilik qabiliyyəti olan və olmayan səthləri bir-birinə bağlayır. Elastikdir. Sağlamlığa zərərsiz olduğundan su ilə təması sağlamlığa heç bir təsir göstərmir. Nəfəs alır. Su geri çəkilərkən alt səthin hava keçirməsinə imkan yaradır. Karbondioksid və xlor ionlarına qarşı yüksək müqavimət göstərir. Ənənəvi materiallar üçün 7-28 günlük bir gözləmə müddəti lazım olarsa, bu məhsul 24 saatlıq təzə betona tətbiq edilə bilir və dərhal qorumanı təmin edir.

Tətbiq ediləcək yer üçün səthin hazırlanması

Səth möhkəm, tozsuz, quru, təmiz və yükə davamlı olmalıdır. Səthin rütubət qəbul etməsinin qarşısı alınmalıdır. Döşəmənin altından isidən bina sistemlərində xüsusi tədbir görülərək tətbiq edilməlidir. Birləşmə və aralıqlara girməsinin qarşısı alınmalıdır.Kəpəzlatex suya qarşı izolyasiya məhlulunun tətbiq ediləcəyi səthə fırça ilə  1 m2-ə 100 qram miqdarında çox məqsədli beton astarı tətbiq edilməlidir. Astar quruduğu zaman isə cıxılmaz bir təbəqə yaradır. Su keçirici səthlər iki dəfə astarlanmalıdır. İkinci təbəqə astar ilk təbəqədən sonra 1m2-ə 100 qram olmaqla 1/1 nisbətində su qatılaraq tətbiq edilməlidir.

Qarışdırma

Kəpəzlatex suya qarşı izolyasiya məhlulunu hazır etmək üçün tərkibi kisənin üzərində göstərilən nisbətdə qarışdırılır. Bu maddədə istifadə ediləcəyi yerdə təmiz qablarda hazırlanmalıdır. Toz komponenti maye daxilinə yavaş bir şəkildə əlavə edilir və ucuna müvafiq qarışdırma aparatı taxılmış bir mexaniki qarışdırıcı ilə qarışdırılır. Bir saat ərzində istifadə edəcəyiniz miqdarda materialı hazır edin. Məhlulu qarışdırdıqdan sonra 3 dəqiqə gözlənilməli, sonra yenidən qarışdırmalı və istifadəyə hazır vəziyyətə gətirməlidir.

Tətbiq edilmə metodu

Beton səthləri təmiz su ilə isladın. Nəmişlik gözlə görünən miqdarda olmalıdır, amma yığıntıları olmalıdır. Məhlulu qısa tüklü bir fırça və ya təkərli fırça ilə tətbiq edin. Lazım olarsa, mala ilə və ya pskürtmə maşını ilə tətbiq edilə bilər. 6-10 mm-lik səth nahamarlıqlar, məsamələr, çökəkliklər və s. daha qatı məhluldan istifadə  edilərək aradan qaldırılır. Bir qatdan çox üzləmənin lazım olduğu hallarda, istənilən qalınlığı əldə etmək üçün, ikinci qatı əvvəlki üzləmə quruduqdan sonra tətbiq edirik.

Ümumuiyyətlə, təkrar şəkildə üzləmə üçün hər təbəqənin ən az 1 mm qalınlıqda olması tövsiyyə edilir.

Texniki xüsusiyyətləri

Komponentlərin qarışdırlıma nisbəti:

Komponent A (20 kq toz) + komponent B (8 kq maye)

İstifadə qaydası – 1 mm qalınlıq üçün 1, 5 kq/m2

Saxlanma müddəti – normal şərtlər daxilində 9 aydır

Saxlanma şərtləri – bağlı vəziyyətdə və birbaşa günəş işığından uzaq olmalıdır

+5 dərəcədən aşağı temperaturda saxlanmalıdır.

Materialın üst-üstə yığılması – maksimum 1 paket maksimum: üst-üstə 10 kisə

Back To Top