skip to Main Content

Şirkətimiz haqqında qısa məlumat

Türk Yapı Sənaye” MMC şirkətinin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulmuşdur. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır. Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşən zavodumuz qabaqcıl texnologiyalarla təchiz edilmiş, həmçinin istehsal prosesinə yüksək ixtisaslı əcnəbi və yerli mütəxəssislər cəlb edilmişdir ki, bu da şirkətimizin beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli məhsullar istehsal edə bilməsinə şərait yaradır. İxtisaslaşmış laboratoriyamızda mütəxəssislərimiz, mütəmadi olaraq, məhsullarımızın keyfiyyətini analiz edir, sınaq testləri keçirir və daim yeni məhsul konsepsiyaları üzərində çalışırlar. Məhz bunun nəticəsidir ki, “Türk Yapı Sənaye” MMC 10 ildən çoxdur ki, sektorun liderlərindən birinə çevrilmişdir. Şirkətimizə məxsus olan Alpan markalı ağ və yaşıl alçı panelləri (gipskarton lövhə), Nur®, Kəpəz®, Kars®, Pakçim® əmtəə nişanlı astar və üzlük suvaqları, keramika və qranit yapışdırıcıları, gips və gips əsaslı inşaat materialları və s. məhsullarımız öz keyfiyyəti ilə müştəri məmnuniyyəti qazanmış və öz sektorunda bir növ etalona çevrilmişdir. Satışda olan bütün məhsullar yerli xammal tərkibli, öz istehsalımızdır.

Mükafatlarımız

Quality Summit Award 2013
27 may 2013-cü ildə ABŞ-ın Nyu York şəhərində "Kəpəz Alçı" gips və sement əsaslı məhsulları "Qızıl keyfiyyət" mükafatına layiq görülmüşdür.
International Quality Era Award 2014
9 mart 2014-cü ildə İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş beynəlxalq tədbirdə Türk Yapı Sənaye MMC Platinum kateqoriyasında mükafat əldə etmişdir.
Back To Top