skip to Main Content

Kəpəz Alçı Panel Aralıq Doldurucusu

Kəpəz Alçı Panel Aralıq Doldurucusu

Alçı panellərin (gipskarton lövhə) montajın edilməsindən sonra lövhələrin arasında qalan boşluqların doldurulması və hamarlanması, həmçinin dərk bandlarının montajı üçün istifadə edilən inşaat materialı

Tətbiq sahələri

Kəpəz Alçı Panel Aralıq Doldurucususu daxili məkanlarda  tavan və divarlarda gipskarton montajından sonra aradakı boşluqların doldurulması və hamarlanması, həmçinin dərzbandın montajı zamanı və gips arakəsmə lövhələrinin aralıqlarının doldurulmasında istifadə edilir.

Məhlulun hazırlanması

Məhsul hazırlanmamışdan əvvəl istifadə olunacaq alətlər və qab mütləq təmizlənir. Qaba su əlavə edilir və bundan sonra alçıpan aralıq doldurucusu tozu suyun üzərinə səpilir. Alçı panel aralıq doldurucusu tozu ilə tam doyurulub, 2-3 dəqiqə ara verildikdən sonra  məhlul istifadəyə hazır tam bir homogen vəziyyətə gətirilənə qədər menaniki üsulla qarışdırılır. Hazır alçıpan aralıq doldurucusu məhlulu əvvəlcədən təmizlənmiş və hazırlanmış səthə tətbiq edilir.

Məhlulun tətbiq edilmə qaydası

Alçı panel aralıq doldurucusu məhlulun ilk qatı panel lövhələri arasındakı boşluğu qapayan derz bandınnın üzərinə bolca çəkilir. Bundan ən azı 2 saat sonra birinci qat cilalanaraq, ikinci qat alçipan aralıq doldurucusu məhlulu onun üzərinə tətbiq edilir. Hazır məhlul 1 saat ərzində istifadə edilə bilər.

Sərfiyyat

Alçı panellərin (gipskarton lövhə) birləşmə arakəsmələrinin doldurulmasında 0,2-0,5 kq

Gips arakəsmə lövhələrin birləşmə aralıqlarının doldurulmasında 1,2-1,5 kq

Divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3-0,4 kq

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

Su/quru qarışıq : 6,0-6,5 litr su/10 kq quru qarışıq

İstifadə müddəti : 80-100 dəqiqə

Sıxılma müqaviməti : 5,5-6,0 MPa

Əyilmə müqaviməti : 2,7-3,2 Mpa

Quruma müddəti : 120-140 dəq.

Istifadə temperaturu : +5 ̊ C – +30 ̊ C

Səth sərtliyi : 90 shore D

Back To Top