skip to Main Content

Emulsiya əsaslı KƏPƏZ BİNASTAR məhlulu

Emulsiya əsaslı KƏPƏZ BİNASTAR məhlulu

Daxili məkanlar və fasad üçün akrilik kopolimer əsaslı astar materialı. Tətbiq edildiyi səthin maye hopdurma qabiliyyətini azaldır. Boya və ya emulsiya sərfiyatını azaldır. Suvaq və ya boya ilə divar səthi arasında yapışma qabiıiyyətini artırır.

Istifadə sahəsi

Tikililərin divar və tavanlarında, suvaq, beton tipli və ya mineral tərkibli səthlərdə boya və yaxud gips əsaslı suvaqların tətbiq edilməsinndən öncə astar materialı kimi istifadə edilir.

Hazırlanma qaydası

Kəpəz Binastar hazır vəziyyətə gətirilmək üçün, sadəcə, 1:4 (xarici məkanlarda 1:1) nisbətində su ilə qarışdırılır

Tətbiq edilmə qaydası

Kəpəz Binastar adi və ya diyircəkli fırça ilə birbaşa divar səthinə tətbiq edilir. Kəpəz Binastarın tətbiq edilməsi üçün tövsiyyə edilən ən aşağı hava temperaturu +5 ̊C təşkil edir.

Texniki xüsusiyyətləri

Sərfiyyat : 0,020-0,040 kq/m2 və ya 20-40 m2/lt (bir qat üçün)

Quruma vaxtı : 2-3 saat

Saxlama müddəti : Açılmamış qabda, otaq şəraitində ən azı 1 il

Back To Top