skip to Main Content

Kəpəz Kafel və Keramika Yapışdırıcısı

Kəpəz Kafel və Keramika Yapışdıcısı

Kəpəz Kafel və Keramika Yapışdırıcısı xarici və daxili məkanlarda istifadə olunan, kafel, metlax, keramika və üzlük daşlarının montajı üçün nəzərdə tutulan yüksək yapışdırıcılıq qabiliyyətinə malik sement əsaslı tikinti materialı

Tətbiq sahələri

Daxili və xarici məkanlarda

Divarlarda, döşəmə və tavanlarda nahamarlıqları örtmək, keramika piltələri, üzlük daşlarını montaj etmək üçün

Mətbəx, hamam otağı, dəhlizlərdə, hovuzlarda və s. rahatlıqla istifadə oluna bilər

Üstünlükləri

Hazırlanması və istifadəsi asandır, yalnız su ilə qarışdırılaraq istifadəyə hazır vəziyyətə gətirilir

Donma müddəti uzundur

Montaj zamanı piltələrin sürüşməsi baş vermir

Yüksək yapışdırma qabiliyyətinə malikdir və dayanıqlığını uzun müddət saxlayır

Şaxtalı hava şıraitində çatların əmələ gəlməməsi üçün tərkibinə xüsusi qatqı maddəi əlavə olunmuşdur
Yüksək keyfiyyətə malik 500 markalı sement əsasında istehsal edilir

Səth hazırlığı

Tətbiq olunan sahənin tozsuz, təmiz və düz olmasına diqqət yetirilməlidir. Səth yapışmanı zəiflədən maneələrdən təmiuzlənməlidir. Səth temperaturu 20 ̊C çox olarsa, səth mütləq nəmləndirilməlidir.

Qarışdırma

Göstərilən miqdarda su təmiz qaba doldurulur. Kisə açılır, toz şəklinə olan Kəpəz yapışdırıcısı suyun üzərinə aramla əlavə edilir və məhlul 400-600 döv/dəq-lik 3-4 dəqiqə homogen hal alana qədər qarışdırılır. 3 dəqiqə fasilə verildikdən sonra yenidən 1 dəqiqə qarışdırılaraq istifadəyə hazır vəziyyətə gətirilir.

Qarışıq nisbəti

1 kq Kəpəz Kafel və Metlax Yapışdırıcısı üçün 270 qram su qarışığının qatışığı 1,60 kq/litr-dir.

Tətbiq qaydası

Malanın düz tərəfi ilə 1 mmqalınlıqda səthə vurulur, bu təbəqə qurumadan, qarışıq malanın daraqlı tərəfi ilə bərabər formada tətbiq olunur və dərhal yapışdırma işinə başlanılır. Eni 15 sm və qalınlığı 6 mm-dən çox olan materialların (kafel, metlax və s.) yapışdırılacaq tərəfinə malanın düz tərəfi ilə 1 mm qalınlıqda Kəpəz Kafel və Metlax Yapışdırıcısının çəkilməsi tövsiyyə olunur. Bu netodun xüsusən xarici məkanlarda, temperatur dəyişikliyinin yüksək olduğu yerlərdə tətbiq edilməsi vacibdir. Bu növ tətbiq sayəsində istifadə olunacaq materialın yapışacaq hissəsi tamamilə qarışıqla bağlanmış olacaq.

Qablaşdırma

Kəpəz Kafel və Keramika Yapışdırıcısı 25 kq-lıq polietilen tərkibli kağız kisələrdə qablaşdırılır.

Sərfiyyat

Məhsulun sərfiyatı istifadə olunacaq malanın daraq qalınlığına uyğun olaraq, 3,5 kq/m2-6 kq/m2 arasında dəyişə bilər.

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Boz

Tərkibindəki hissələrin miqdarı : 0,5 mm-dən çox olmayaraq

Qatılıq : Təxminən 1,6 kq/dm3

Yapışdırma müqviməti : >0,5 N/mm2

Istifadə temperaturu : +5 ̊ C – +30 ̊ C

Aralıq doldurulma müddəti : 24 saat

İstifadə qalınllığı : 3-6 mm

Qarışıq halda istifadə müddəti : 2 saat

Səthdə istifadə müddəti : Min. 20 dəq

Back To Top