skip to Main Content

Nur İnşaat gipsi

Nur İnşaat Gipsi

Daxili beton, kərpic divar və tavanların, suvaq çəkilmiş səthlərin hamarlanması, həmçinin, gipskarton arakəsmələr arasında çat və boşluqların doldurulmasında istifadə etmək üçün inşaat gipsi

 Material haqqında

Gips tərkibində kalsium-sulfat olan kimyəvi tərkibli məhluldur. Emal olunandan sonra müxtəlif sahələrdə istifadə olunur. Divar və tavanların konstruksiyasının estetik, konfort və insan sağlamlığına ziyan olmayan şəkildə proektləşdirilməsi üçün nəzərdə tutulub. Donma vaxtı axma, yığılma və həmçinin çatlama olmur. Nəmin qarşısını alır, divarlar nəfəs alır və sağlıqlıdır. Yanğına dözümlüdür. İsitilik saxlaması zəif olduğundan yanğının yayılmasının gecikdirir.

Tətbiq sahələri

Daxili məkanlarda, divar və tavanlarda

Birbaşa olaraq kərpic, mişar daşı, beton kimi səthlərdə

Hamar səthlərdə

Üstünlükləri

Hazırlanıb mğhkəmliyini əldə olunduqdan sonra həcmini dəyişmir.

Beton və taxta kimi rütubət keçirir və qormasını dəyişmir.

Gipsin, gips elementinin əldə edilməsi, istifadəsi asan, tez başa gələn və ucuzdur.

İstismarı asandır, artıq əmək və xərc tələb etmir.

Elastik xüsusiyyəti var. Bu da gələcəkdə istifadəçinin məhsulu dəyişdirmək istəyi və tələbi olarsa, asanlıqla həyata keçməsinə imkan yaradır.

Nurgips gipsləri istehsal obyektindən tikinti meydançasına asanlıqla daşına və asan istifadə oluna bilir.

Daşınma və istifadə zamanı təhrif mallar asanlıqla bərpa oluna bilir.

Səth hazırlığı

Səth quru və möhkəm olmalıdır, tozdan, çirkdən, yad cisimlərdən və yapışmağa maneə olan bütün qalıqlardan təmizlənməlidir.

Qarşığın hazırlanması

Təmiz bir qaba suvaq miqdarında su tökülür. “Nur gips” gipsi su üzərinə səpilir. Gips ilə suyun tam qarışması üçün 2 dəqiqə (əl ilə) və 1 dəqiqə (maşınla) gözlənilir. Homogen qarışıq əldə etmək üçün suvaq mexaniki bir qarışdırıcı ilə qarışdırılmalıdır. Qarışdırıldıqdan sonra əldə edilən məhlul istifadəyə hazırdır. Məhlul 15 dəqiqə ərzində bərkiyir.

Tətbiq qaydası

Məhlul təmir ediləcək səthə vurulur. Məhlul bərkiməyə başladığı zaman səthdə yaranan əyriliklər mala ilə düzəldilir.

Təhlükəsizlik tədbirləri

Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəklərdən istifadə etmək lazımıdır. Anbarda və ya isitifadə zamanıtərkiblər dəriyə və gözə təmas etməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müraciət edilməlidir. Material tətbiq edilən sahələrdə qida məhsulları olmamalıdır.

Texniki xüsusiyyətləri

İstifadə temperaturu +5̊ C / +35̊ C

0,2 mm №-li ələkdə qalıq, ən çoxu 1%

Əyilmədə möhkəmlik həddi, ən azı 4 N/mm2

Sıxılmada möhkəmlik həddi, ən azı 10N/mm2

Fiziki görünüşü – Ağ toz

Alçı/su nisbəti : 100 qr alçı/75 qr su

İstifadə müddəti : max. 5 dəqiqə

Donma müddəti : max. 15 dəqiqə

Basınc müqaviməti : > 10 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 4 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 600-700 qr/ lt

Səth sərtliyi : 60 shore D

Back To Top