Pak-Çim Kafel və Keramika Yapışdırıcısı
Pak-Çim Kafel və Keramika Yapışdırıcısı xarıcı və daxili məkanlarda istifadə olunan, kafel, metlax, keramika və üzlük daşlarının montajı üçün nəzərdə tutulan yüksək yapışdırıcılıq qabiliyyətinə malik sement əsaslı tikinti materialı
Tətbiq sahələri
Daxili və xarici məkanlarda
Divarlarda, döşəmə və tavanlarda nahamarlıqları örtmək, keramika tərkibli plitələrin montaj etmək üçün
Mətbəx, hamam otağı dəhlizlərdə, hovuzlarda və s. yerlərdə rahatlıqda istifadə oluna bilər
Səth hazırlığı
Tətbiq olunan sahənin tozsuz, təmiz və düz olmasına diqqət yetirilməlidir. Səth yapışmanı zəiflədən maneələrdən təmizlənməlidir. Təmirə ehtiyac duyulan sahələr bir gün əvvəl Kəpəz Alçı ilə təmir edilməlidir. Səth temperaturu 20 dərəcədən çox olarsa, səth mütləq nəmləndirilməlidir.
Qarışdırma
Göstərilən miqdarda su təmiz bir qaba doldurulur. Kisə açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mikserlə 3-4 dəqiqə homogen hal alana qədər qarışdırılır. 3 dəqiqə fasilə verildikdən sonra yenidən 1 dəqiqə qarışdırılaraq istifadəyə hazırlanır.
Qarışıq nisbəti
1 kq Pak-Çim Kafel və Keramika Yapışdırıcısı üçün 270 qram su qarışığının qatılığı 1,60 kq/litr-dir.
Tətbiq qaydası
Malanın düz tərəfi ilə qalınlıqda səthə vurulur, bu təbəqə qurumdan, qarışıq malanın daraqlı tərəfi ilə bərabər formada tətbiq olunur və dərhal yapışdırma işinə hazırlanır. Eni 15 sm və qalınlığı 6 mm-dən çox olan materialların (kafel, metlax və s.) yapışdırılacaq tərəfinə malanın düz tərəfi ilə 1mm qalınlıqda Pak-Çim Kafel və Keramika Yapışdırıcısının çəkilməsi tövsiyyə edilir. Bu metodun xüsusən xarici məkanlarda, temperatur dəyişikliyinin yüksək olduğu yerlərdə tətbiq edilməsi vacibdir. Bu növ tətbiq sayəsində istifadə olunacaq materialın yapışacaq hissəsi tamamilə qarışıqla bağlanmış olacaq.
Qablaşdırma
25 kq-lıq polietilen tərkibli kağız kisə
Sərfiyyat
İstifadə olunacaq malanın daraq uyğun olaraq 3,5-6 kq/m2 arasında dəyişə bilər
Saxlama müddəti
Düzgün anbarlama şəraitində istehsal tarixindən etibarən 12 aydır. Açılmış kisələr ağzı bağlı şəkildə anbarlanaraq 7 gün ərzində istifadə olunmalıdır.
Texniki xüsusiyyətləri
Rəngi: Boz
Tərkibindəki hissələrin miqdarı : 0,5 mm-dən çox olmayaraq
Qatılıq: Təxminən 1,6 kq/dm3
Yapışma müqaviməti : 0,5 N/mm2
İstifadə temperaturu : +5 ̊C-dən +30 ̊C
Aralıq doldurma müddəti : 24 saat
İstifadə qalınlığı : 3-6 mm
Qarışıq halda istifadə müddəti : 2 saat
Səthdə istifadə müddəti : Minimum 20 dəq




