skip to Main Content

Kəpəz Qazbeton Yapışdırıcsı

Kəpəz Qazbeton Yapışdırıcısı

Sement əsaslı, yüksək yapışma özəlliyinə malik, ustaya uzun işləmə imkan verən sürüşmə özəlliyi azaldılmış qazbeton hörgü suvağıdır

Tətbiqi

Su hopdurma nisbəti yüksək olan qazbeton və kərpic kimi hörgü materialları ilə istifadə edilir. Hörülən divar səthlərinin, boşluq və çat olan yerlərin təmiri üçün uyğundur.

İstifadəsi

Hava hərarətinin +5 C ilə +35 C olduğu şəraitdə istifadə edilməsi tövsiyyə edilir. Donmuş, əriməkdə olan və ya 24 saat içərsində don təhlükəsi ilə üzləşə bilinəcək şəraitdə tətbiq etmək olmaz. Birbaşa günəş şüalarının təsiri altında və güclü küləyin olduğu şəraitdə tətbiq edilməlidir. 25 kq-lıq Kəpəz Qazbeton Yapışdırıcısı tozu 7-8 litr təmiz suya boşaldılıb, aşağı dövriyyəli mikserlə tam homogen qarı.ığı əldə edilinəyə qədər qarışdırılır. Hörgü suvağı ilə təmas edən ilk sıra qazbeton blokların alt və yan tərəfləri nəmləndirilir. Digər sıralarda blokların isladılmasına ehtiyac yoxdur. Qazbeton yapışdırıcı məhlulu 10×10 sm ölçülü adi və ya daraaqlı mala ilə vurulur. Bu zaman bloklar arasında qalan 3 mm olmalıdır. Hörülən qazbeton blokları üstdən və yandan dəyəclənərək təmizlənir.

Diqqət edin

Hazırlanan məhlulun içərsinə heç bir kimyasallar əlavə edilməməlidir. İstifadə müddəti bitmiş məhsullar su və ya quru qatqı ilə qarışdırılıb təkrar vurulmamalıdır. Uzun müddət günəşə məruz qalmış çox isti və ya donmuş divarlarda istifadə olunmamalıdır. Taxta üzərində, metal üzərində və nəm olan yerlərdə istifadə etmək olmaz. Təyin olunmuş istifadə təlimatı xarıcinə çıxmayın. Məhsul gözə təmas etdikdə dərhal su ilə yuyn və ya həkimə müraciət edin. Sement tərkibli məhsul olduğuna görə istifadə edərkən əlcəkdən istifadə edin. Məhsul nəmişlik olan yerdə saxlanılmamalıdır

Abarlaşma

Orijinal kisə ən çox 8 ay müddətinə saxlanıla bilər. Torba açıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir.

Sərfiyyat

Blokun ölçüləri          Sərfiyyat/Kq

20x50x20 sm            5-6 kq/m2

20x70x20 sm            6-7 kq/m2

30x50x15 sm            3-4 kq/m2

30x50x20 sm            4-5 kq/m2

30x70x20 sm            5-6 kq/m2

Texniki xüsusiyyətləri

Görünüş – Boz rəngli narın toz

Toz qalınlığı – 1,300 ± 100 kq/lt

Qarışdırma nisbəti 7-8 litr su/20 kq toz

Qab ömrü – max 2 saat

Əyilmə müqaviməti – 4 N/mm2 (28 gün)

Yapışma müqaviməti – 0,4 N/mm2 (28 gün)

Sıxılmaya qarşı müqaviməti – 8 N/mm2 (28 gün)

Su hopdurma – 30 dəq ≤ 0,5 kq (m2 dəq 0,5)

 

 

Back To Top