Feniks Yuyulan Emulsiyası
Akrilik kopolimer əsaslı, silikonlu, çatlamayan və tökülməyən, mat görünümlü, qoxusuz, yüksək keyfiyyətli, dekorativ son qat iç divar boyasıdır
Xüsusiyyətləri
Feniks boya yuyulabilən hər növ səthə yüksək yapışma qabiliyyəti olan, yüksək örtücülüyə malik, çatlamayan və tökülməyən, qoxusuz, fırça və roliz izi buraxmayan, silikonlu, ətraf mühitə zərərsiz, axmaya davamlı, dekorativ son qat iç divar boyasıdır.
İstifadə qaydaları
Tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xammal suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir.
Birinci qatda boyanın 20-25%-ə, ikinci qatda isə 10-15%-ə qədər su ilə incəldilərək fırça və ya rolik ilə səthə çatdırılmalıdır. İsitfadə vaxtı temperatur +5 C ilə +30 C və rütubət 80%-dən aşağı olmamalıdır.
Sərfiyyatı
1 m2 səthə 125-150 qr boya istifadə oluna bilər.
Saxlama müddəti
Günəş işığı düşməyən yerdə, orginal qabda, qapağı açılmadan, donmadan qorunmaq şərtilə 2 il saxlanıla bilər.
Quruma müddəti
İlk quruma – 1 saat
Tam quruma – 20 saatdır
Təhlükəsizlik tədbirləri
Gözə və orqanizm daxilinə düşməsindən qoruyun. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Texniki xüsusiyyətləri
Rəngi – Ağ
Məhsulun quruluşu – akriliksopolimer əsaslı
Qatı maddə miqdarı 72-75 %
Sıxlığı – 1,64 kq/litr
Tam quruma müddəti – 24 saaatdan sonra
Qablaşdırma – 3,5 ; 10,0 və 25,0 kq vedrələr
Yapışqanlıq : 120 KU-125 KU 25 C-də
PH : 8-9