skip to Main Content

Kəpəz Fasad Suvağı

Kəpəz Fasad Suvağı

Tikililərin, çöl divarlarının suvanması, həmçinin, istilik izolyasiyaedici lövhələrin montajı (yapışdırılıması) üçün nəzərdə tutulan yüksək yapışdırıcılıq qabiliyyətinə malik tikinti materialı

Kəpəz Fasad Suvağı sement əsaslı materialdır, su ilə qarışdırılaraq istifadəyə hazır vəziyyətə gətirilir, istilik izolyasiyaedici lövhələrin suvanmasında istifadə edilir.

Istifadə yerləri

Daxili və xarici ərazilərin divar və tavanlarında hər cür istilik izolyasiya lövhələrinin (XPS ekstrude polistren, penopolistirol, izocam və sairə) suvanmasında istifadə edilir.

Xüsusiyyətləri

Mükəmməl yapışmanı təmin edir

Çatlamır və büzülmür

Asanlıqla hazırlanır və tətbiq edilir

İstifadə müddəti uzunudur

Üzərinə birbaşa boya çəkilə bilər

Tətbiq etmə/ səthin hazırlığı

Üzərində istifadə ediləcək səth hər cür kir, yağ, toz, boya, inşaat artıqlarından təmizlənməlidir. Yapışmanın keyfiyyətini azaldacaq kimyəvi materiallar səthdən təmizlənməlidir. Səthdə olan dəmir, taxtda parçaları çıxardılmalıdır. İstifadə zamanı materialın sürətli istilik itirməsinin qarşısının alınması üçün yaxşı şəkildə su ilə isladılmalı, istifadə zamanı materialda sürətli istilik itkisi müşahidə edilərsə tədbir görülməlidir.

Qarışdırma

Təmiz bir qarışdırma üçün 6 litr su qoyularaq üzərinəfasad suvağı tozu yavaşca əlavə edilməli, məhlul bir mexaniki qarışdırıcının köməkliyi ilə bütün tozlar yox olana qədər qarışdırılmalıdır. Material 5 dəqiqə gözlədikdən sonra təkrar qarışdırılaraq istifadə olunmalıdır.

İstifadə metodu, yapışdırma

Bütün lövhələr yapışdırılıb, kifayət edəcək qədər yapışdırıcılıq müqaviməti əldə etdikdən sonra fasad suvağı ən çox 10 mm, ən az 5 mm qalınlığında, gips suvaq malası ilə səthə tətbiq edilməsinə davam etdirilməlidir. Suvanan səth tələb olunduqda yavaş süngərlə isladıla bilər.

Qablaşdırma

25 kq-lıq bir qat polietilen kraft torbalarda

İstifadə qaydası

1 mm qalınlıq üçün 1,5 kq/m2

Alətlərin təmizlənməsi

İşi başa çatdıqdan sonra alətləri su ilə yuyun

Təhlükəsizlik tədbirləri

İstifadə və saxlanma zamanı bu maddənin gözünüzə, ağzınıza, cildinizə dəyməməsinə diqqət yetirin. Əgər cildinizə və gözünüzə dəyərsə, onu su ilə təmizlənən qədər yuyun.

Verilmiş göstəricilər +23 dərəcə hava temperaturu və 50% nisbi nəmişlik üçün nəzərdə tutulmuşdur. Daha yüksək temperatur donma müddətini qısaldır, daha aşağı temperatur isə bu müddəti artırır.

Texniki xüsusiyyətləri

Görünüşü: Boz rəngli, xırda toz formasında

Homogenliyi: Homogen

Hazır məhlulun istifadə ediləbilmə müddəti: 4 saat

İsitfadə zamanı hava temperaturu: +5 dərəcə ilə +35 dərəcə arasında

Su ilə qarışdırma nisbəti : 6 litr suya 25 kq-lıq toz

İstifadə zamanı qalınlığı : minimum 5 mm, maksimum 10 mm

Saxlama müddəti: Rütubətsiz və quru yerdə orijinal olaraq qablaşdırılığı qabda 10 ədəd üst-üstə yığılaraq 9 ay saxlana bilər.

 

Back To Top