skip to Main Content

Nur Ekonomik Astar Suvağı

Nur Ekonomik Astar Suvağı

Daxili məkanlarda divar və tavanların hamarlaşdırıması üçün istifadə edilən, əl və makina vasitəsi ilə tətbiq edilə bilən təbii gips və perlit əsaslı astar suvağıdır.

 Material haqqında

Nur Ekonomik Astar Suvağı istilik və səs izolyasiyası kimi xüsusiyyətləri artırılmış gips əsaslı inşaat materialıdır. Əl və ya makina ilə tətbiq edilə bilər. Hazırlanması və tətbiqi çox sadədir. Donam müddəti boyunca axma baş vermir, çatlar əmələ gəlmir. Tətbiq edildiyi yerlərdə boşluqları doldurur, səthdəki nahamarlıqları və qüsurları aradan qaldırır. Yanğına dayanıqlıdır. İstilik keçirmə qabiliyyəti aşağı olduğundan yanğının sürətlə yayılmasını ləngidir. Bakteriya, kif və göbələyin qarşısını alır, insan və mühit dostudur.

Tətbiq sahələri

Ofis, villa, xəstəxana, otel, istirahət və yaşayış komplekslərində daxili məkanlarda, divar və tavanlarda

Bina daxilində monolit sement və hamar səthlərdə

Üstünlükləri

Divarların rütubət balansını tənzimləyir, nəticədə divar nəfəs alır.

Çatlamır, kiflənmir, divar bakteriya yaratmır.

İstiliyi qoruyur və səs izolyasiyası yaradır

Tərkibində su olduğundan yanöın gecikdirmə xüsusiyyətinə malikdir.

Yüksək dayanıqlıdır

Səth hazırlığı

Materialın istifadə edilə biləcəyi ən aşağı hava temperaturu +5̊ C təşkil edir. Tətbiq olunan sahə müxtəlif çirklənmələrdən (toz qatından, sürtkü yağı ləkələrindən, köhnə boyalardan) təmizlənməlidir. Bu astar suvağı gələcəkdə yarana biləcək çat və bu kimi problemlərin qarşısını almağa şərait yaradır. Səth möhkəm olmalıdır, lazım olarsa səthi nəmləndirmək olar.

Qarışdırma

1 kq quru qarışıq 0,6 litr təmiz suda həll olunur. Alınan məhlul tam tərkib alana qədər suya aramla əlavə edilməli, tərkibi mexaniki və ya əl üsulu ilə yaxşı qarışdırılımalıdır. Daha sonra məhlul 10-15 dəqiqə gözlədilməli, sonra yenidən qarışdırılmalıdır. Hazır alçı məhlulu aktiv formada ən azı 24 saat qermatik tarada saxlanılmalıdır. Belə qatı məhlul rezin parçası və ya mala ilə divara vurulur.

Təhlükəsizlik tədbirləri

Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimindən istifadə edilməlidir. İş zamanı məhlulun gözə düşməsindən ehtiyat edilməli, əgər belə hall baş verərsə, çoxlu miqdarda su ilə yuyulmalıdır. Bu materiallarla əlaqədar bütün işlər rezin əlcək və qoruyucu eynək vasitəsi ilə yerinə yetirilməlidir.

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

Alçı/su nisbəti : 100 qr alçı/60 qr su

İstifadə müddəti : 60-80 dəqiqə

Donma müddəti : 160-220 dəqiqə

Istifadə miqdarı : 1 sm qalınlığında 8,5-10 kq/m

Basınc müqaviməti : > 1,8 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 0,9 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 700-900 qr/ lt

PH : 12-13

Səth sərtliyi : 30 shore D

Back To Top