skip to Main Content

Kəpəz Qranit, Mərmər və Kotto (Dekorativ kərpic) yapışdırıcısı

Kəpəz Qranit, Mərmər və Kotto (Dekorativ kərpic) yapışdırıcısı

Sement əsaslı, tək komponentli, məhsulun keyfiyyətini artıran kimyəvi qatqılar əlavə olunmuş, yüksək mexaniki müqavimət qabiliyyətinə malik mərmər, qranit və fasad üçün dekorativ kərpic və aqlay yapışdırıcısı

Istifadə sahəsi

İç və çöl məkanlarda təmir və abadlaşdırma işləri zamanı üfiqi və şaquli şəkildə düzülən böyük ölçülü qranit, keramoqranit, keramika, mərmər və metlax lövhələrin yapışdırılması (montajı) məqsədi ilə istifadə olunur.

Məhsulun üstünlükləri

Hazırlanması və istifadəsi asandır, vaxta qənaət edir, üfuqi və şaquli səthlərdə istifadə zamanı sürüşmə baş vermir, yüksək yapışma gücünə malikdir, suya, nəmə və şaxtaya dayanıqlıdır, temperatur dəyişikliyinə məruz qaldıqda tərkibi və keyfiyyəti dəyişmir.

Anbarlaşma və saxlanma qaydası

Saxlama müddəti 6 aydır. Məhsul sərin və quru şəraitdə üst-üstə ən çox 8 kisə yığılmaq şərti ilə saxlanılmalıdır.

Səthin hazırlanması

İstifadə olunacaq səth toz, yağ və kimyəvi maddələrdən təmizlənməlidir. İstifadə ediləcək beton, sement və ya digər növ səthin quruma müddəti tam bitmiş olmalı, səth istifadəyə hazır olmalıdır. Havanın temperaturunun çox isti və ya səthin çox quru olduğu məkanlarda səthin nəmləndirilməsi vacibdir.

Məhlulun hazırlanma qaydası

7-7,5 litr təmiz su və sərin suya 25 kq toz əlavə edilir və məhlul mexaniki qarışdırıcı vasitəsi ilə aşağı sürətdə 3-4 dəqiqə homogen vəziyyətə gətirilənə qədər qarışdırılır. Hazır məhsul 3 saat ərzində istifadə edilməlidir. Səthə tətbiq edilən məhlul yapışdırılacaq lövhənin ölçülürəninə uyğun dişli mala ilə daraqlanır. Qranit lövhələr daraqlanmış suvaq üzərinə 20 dəqiqə ərzində yapışdırılır. İstifadə müddəti keçmiş və ya qurumuş, qabıqlamış məhsul istifadəyə yararsızdır. Məhsul təyin edilmiş temperatur şəraitində tətbiq edilməli, birbaşa günəş şüalarının, küləyin və şaxtanın təsirindən qorunmalıdır. Aralıq doldurucu 24 saat, yerdə 48 saat sonra tətbiq edilə bilər.

Bunlara diqqət yetirilməlidir

İstifadə müddəti keçmiş və ya qurumuş, qabıqlaşmış məhsul istifadəyə yararsızdır. Bərkimiş məhlula təkrar su qatmaq olmaz. İlk 24 saat ərzində məhlul birbaşa günəş şüalarının, küləyin və şaxtanın təsirindən qorunmalıdır.

Alətlərin təmizlənməsi

Alətlər istifadədən dərhal sonra su ilə təmizlənməlidir

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Boz və ağ

Daraqlaşmış suvaq üzərinə lövhələrin yapışdırlma müddəti : 20 dəqiqə

Hazır məhlulun istifadə olunma müddəti : 2 saat

İstifadəyə tam hazır olma müddəti : 24 saat

Aralıq doldurucusunun tətbiq edilməsinə başlanma müddəti : 24-48 saat (divarda və ya yerdə istidaə olunmasından asılıdır)

İstifadə aləti : dişli mala

Sərfiyyat : 5-6 kq/m2

Istifadə temperaturu : +5 ̊ C – +30 ̊ C

Back To Top