skip to Main Content

Kəpəz Astar Suvağı

Kəpəz Astar Suvağı

Divar və tavanların rənglənməsindən və divar kağızlarının yapışdırılmasından öncə suvanması məqsədilə istifadə edilən gips əsaslı tikinti materialı.

Material haqqında

Kəpəz Astar Suvağı istilik və səs izolyasiyaedici xüsusiyyətlərə malik olan gips əsaslı bir səth suvağıdır. Hazırlnama və istifadə qaydaları sadədir. İlkin donma müddətinin 70-90 dəqiqiə olması suvağın rahatlıqla tətbiq edilməsinə imkan verir. Düzgün hazırlandığı və təbiq edildiyi təqdirdə axıntı vermir. Tətbiq edildiyi yerlərdə boşluqları doldurur, divar səthindəki nahamarlıqları və qüsurları aradan qaldırır,məkanlarda nəmişliyin səviyyəsinin tənzimlənməsinə şərait yaratdığı üçün göbələk və kifin əmələ gəlməsinin qarşısını alır. Yağına qarşı dayanıqlıdır. İnsan və mühit dostudur.

Tətbiq sahələri

Ofis, villa, xəstəxana, otel, istirahət və yaşayış komplekslərində daxili məkanlarda, divar və tavanlarda

Bina daxilində monolit sement və hamar səthlərdə

Kərpic və mişar daşı üzərində, beton kimi səthlərdə birbaşa olaraq

Üstünlükləri

Yüksək müqavimət gücünə malikdir

Asan cilalanır, demək olar ki, cilalanmadan hamar səth efffekti verir

Üzərində boya və divar kağızı işləri asanlıqla həyata keçirilir

Divarların rütubət balansını tənzimləyir, nəticədə divar nəfəs alır

Çatlamır, kiflənmir, bakteriyaların yayılmasına şərait yaratmır

İstiliyi qoruyur və səs izolyasiyası yaradır

Tərkibində su olduğundan yanğın geecikdirmə xüsusiyyətinə malikdir, yanğına qarşı dayanıqlıdır

Səth hazırlığı

Materialın istifadə edilə biləcəyi ən aşağı hava temperaturu +5̊ C təşkil edir. Tətbiq olunan sahə müxtəlif çirklənmələrdən (toz qatından, sürtkü yağı ləkələrindən, köhnə boyalardan) təmizlənməlidir. Yüksək hava temperaturu, hava quraqlığı şəraitində və səthin normadan artıq quru olduğu hallarda divar və ya tavan səthinin nəmləndirilməsi tövsiyyə olunur.

Qarışdırma

1 kq quru qarışıq 0,60 litr təmiz suda həll olunur. Alınan məhlulu tam tərkib alana qədər suya aramla səpilməli, 2-3 dəqiqə ərzində suyun quru qarışığa hopması gözlənilməlidir. Sonra məhlul mexaniki və ya əl üsulu ilə homogen vəziyyət alana qədər qarışdırılaraq hazır vəziyyətə gətirilməlidir.

Saxlama şəraiti

Suvaq materiallarını  ağzı möhkəm bağlı saz taralarda, 0̊ C dərəcədən yüksək temperaturda quru hava şəraitində saxlamaq tövsiyyə edilir.

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

Alçı/su nisbəti : 100 qr alçı/60 qr su

İstifadə müddəti : 70-90 dəqiqə

Donma müddəti : 160-220 dəqiqə

Istifadə miqdarı : 1 sm qalınlığında 8,5-10 kq/m

Basınc müqaviməti : > 2 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 1 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 700-900 qr/ lt

PH : 13-14

Səth sərtliyi : 40 shore D

Back To Top