skip to Main Content

Kəpəz Birbaşa Astar Suvağı

Kəpəz Birbaşa Astar Suvağı

Kərpic, mişardaşı, beton, alçı panel, qazbeton, gipsbeton, briket və s. kimi səthərin üzərinə qara suvağa (sement əsaslı suvaq) ehtiyac duyulmadan, birbaşa tətbiq edilən gips əsaslı tikinti materialı

Material haqqında

Kəpəz Birbaşa Astar Suvağı, adından da göründüyü kimi qara ehtiyac duyulmadan birbaşa tətbiq edilir. Bu məhsul Kəpəz Astar Suvağının bütün üstünlüklərinə malikdir.

Tətbiq sahələri

Ofis, villa, xəstəxana, otel, istirahət və yaşayış komplekslərində daxili məkanlarda, divar və tavanlarda

Bina daxilində monolit sement və hamar səthlərdə

Kərpic və mişar daşı üzərində, beton kimi səthlərdə birbaşa olaraq

Üstünlükləri

Sement əsaslı qara suvağa ehtiyac duyulmur. Bu səbəbdən, tikilinin yükünü, material və içşilik xərclərini azaldır və qapalı məkanlarda nəmişliyin yaranmasının qarşısını alır, təmirin müddətini qısaldır.

Səth hazırlığı

Materialın istifadə edilə biləcəyi ən aşağı hava temperaturu +5̊ C təşkil edir. Tətbiq olunan sahə müxtəlif çirklənmələrdən (toz qatından, sürtkü yağı ləkələrindən, köhnə boyalardan) təmizlənməlidir. Bu səthdə gələcəkdə yarana biləcək çat və bu kimi problemlərin qarşısını almağa şərait yaradır. Səth möhkəm olmalıdır. Yüksək hava temperaturu, hava quraqlığı şəraitində və səthin normadan artıq quru olduğu hallarda divar və ya tavan səthinin nəmləndirilməsi tövsiyyə olunur.

İsit hava şəraitində astar suvağını səthə çəkməmişdən öncə səth yaxşıca isladılmalıdır. Suvaq vurulacaq səthə “anoprofillər” yerləşdirilir. Ehtiyac duyulduğu hallarda divarın künclərində qırılmalaırn olmamasından, künclərin düz və dəqiq olmasından ötrü divar künclərinə xüsusi “künc profilləri” yerləçdirilir. Müxtəlif materialların birləşdiyi yerlərə və hərəkətə məruz qala biləcək yerlərə plastik “suvaq toru” vurulur.

Əgər səth qəlibdən çıxan beton kimi hamardırsa, onun səthinin nahamar vəziyyətə gətirilməsi zəruridir.

Metal səthlərə Birbaşa Astar vurulmamışadan öncə onlar antipas məhlulu ilə paslanmadan qorunmalıdır.

İşin icra edildiyi yer və səthin temperaturu minimum +5̊̊ C, maksimum +40 ̊ C olmalıdır. “Kəpəz Birbaşa Astar Suvağının” hazırlanması üçün onu təmiz su ilə qarışdırmaq kifayətdir. Əlavə qatqılara və kimyəvi əlavələrə ehtiyac yoxdur.

Qeyd: Bu istifadə təlimatdakı göstəricilər ətraf mühit dəyişikliklərindən asılı olaraq dəyişə bilər.

 Qarışdırma

1 kq quru qarışıq 0,6  litr təmiz suda həll olunur. Kəpəz Birbaşa Astar Suvağı tozu suya aramla səpilməli, 2-3 dəqiqə ərzində suyun quru qarışığa hopması gözlənilməlidir. Sonra məhlul mexaniki və ya əl üsulu ilə homogen vəziyyət alana qədər qarışdırılmalıdır.

Saxlama qaydası

Suvaq materiallarını ağzı möhkəm bağlı saz taralarda, 0̊ C dərəcədən yüksək temperaturda quru hava şəraitində saxlamaq tövsiyyə edilir.

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

Alçı/su nisbəti : 100 qr alçı/60 qr su

İstifadə müddəti : 70-90 dəqiqə

Donma müddəti : 160-220 dəqiqə

Istifadə miqdarı : 1 sm qalınlığında 8,5-10 kq/m2

Sıxılma müqaviməti : > 4 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 2 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 700-900 qr/ lt

PH : 13-14

Səth sərtliyi : 40 shore D

Back To Top