skip to Main Content

Kəpəz Makina və Əl Suvağı

Kəpəz Makina və Əl Suvağı

Daxili və xarici məkanlarda kərpic, qazbeton, bims, briket divsr və sair səthlərə tətbiq edilən, yapışma və rahat istifadə xüsusiyyətli sement əsaslı əl və ya makina ilə tətbiq edilən suvaqdır

Tətbiq sahələri

Kərpic, qaz-beton, bims, briket, brüt beton səthlərdə, divarlarda siva məqsədilə istifadə edilir

Səth hazırlığı

Suvanacaq divar səthi yağ, toz boya qalıqları, kir və başqa maddələrdən təmizlənməlidir. Divardakı çat və dəliklər Kəpəz təmir məhlulu ilə suvanmalıdır. Divar səthi suvanmazdan öncə nəmləndirilməlidir. Qazbeton, brutbeton səthlərdə işləməzdən üç gün öncə səpmə edilməli, daha sonra isə (ən azı 72 saat) suvaq vurulmalıdır.

Tətbiqi

Temperaturun +5 dərəcə ilə +35 dərəcə arasında olması vacibdir. Donmuş, əriməkdə olan və ya 24 saat ərzində donma təhlükəsi olan divarlarda, həmçinin, birbaşa günəş və ya güclü külək altında tətbiq edilməlidir. Kəpəz makina və əl divara son qat vurulduqdan sonra divar rənglənməyə hazır vəziyyətə gətirilir tək  qat vurulduqda suvaq incə vurulur. Yüksək yapışma və dözümlülük müqaviməti sağlam bir zəmin yaradır. Rütubətə dayanıqlıdır. Kəpəz suvağı hazırlanarkən 7-7,5 lit suya 25 kq toz əlavə edilir, mikserlə qarışdırılaraq divara mala yardımı ilə və yaxud aqreqat vasitəsi ilə vurulur. Səthin düz alınması üçün özəl alüminium mastar profili istifadə edilir. Künclərin qırılmasının qarşısını almaq üçün kün profilləri istifadə edilir. Suvaq bərkidikdən sonra (barmaq basıldıqda ovulmayacaq şəklinə gəldikdə) cilalanır. Vurulma qalınlığı tək qatda 1 sm ilə 2,5 sm arasında olur. Hər qatın vurulma vaxtı arasında gözləmə vaxtı 24 saatdır.

Xəbərdarlıq

Hazırlanan məhsulun içərsinə heç bir kimyəvi qatqı əlavə edilməməlidir. Vaxtı keçmiş məhsullar su və ya quru məhsulla qarışdırılıq təkrar istifadə olunmamalıdır. Uzun müddət günəşə məruz qalmış çox isti və ya donmuş səthlərə vurulmamalıdır. Məhsulun keyfiyyəti baxımından istifadə sonrası 7 gün ərzində səth sulanmalıdır. Fərqli məhsul birləşmiş yerlərdə və hərəkət ola biləcək nöqtələrdə Suvaq Filesi tövsiyyə edilir. Kəpəz Suvaq üzərinə ediləcək əlavələr üçün orta istilikdən asılı olaraq ən azı 15 gün gözlənilməlidir. Təyin olunmuş istifadə qaydası və təlimatdan qırağa çıxmayın.Məhsul gözə təmas edərsə, su ilə yuyun və ya həkimə müraciət edin. Sement əsaslı məhsul olduğuna görə əlcəkdən istifadə edin. Qablaşdırılmalı məhsul nəmli yerdə saxlanılmamlıdır.

Sərfiyyat

1 sm qalınlıq üçün 14 kq/m

Sağlamlıq və təhlükəsizlik

Dəri və göz təmasından qaçılmalıdır. Məhsul istifadə edilərkən mütləq əlcəkdən istifadə edilməlidir.

Texniki xüsusiyyətləri

Rəngi: Boz

Maksimum qalınlığı – 1,0 mm

Su buxarı diffuziya əmsalı – 10

Təzyiq müqaviməti CS II ortalama

Təzyiq müqaviməti təxminən 3,0 N/mm2

Bağ müqaviməti > 0,50 N/mm2 FP:A

Xırda su əmmə W1

Yanğına davamlılıq A1

Tətbiq sonrası istilik müqaviməti – (-30 ̊C) – (+80 ̊C)

Su qarışıq nisbəti -0,9-9,5 litr

Minimum suvaq qalınlığı divarda 10 mm/ tavanda 8 mm

Maksimum suvaq qalınlığı hər bir mərhələ üçün – 2,5 mm (cəmdə maksimum 50 mm)

İstehlak təxminən – 12,5 kp/m2 (1 sm tətbiqi üçün)

Saxlama müddəti – uyğun anbar şəraitində 12 ay

 

Back To Top