Kəpəz Aralıq Doldurucusu
Keramika, kafel, mərmər, qranit, təbii daş plitlərinin montalından sonra həmin plitlərin arasında qalan boşluq və məsamələrin doldurulması və hamarlanması üçün nəzərdə tutulan, tepreratur dəyişikliyindən yarana biləcək genişlənmə sıxılmaya davamlı, elastik tikiniti materialı
Tətbiq sahələri
Daxili və xarici məkanlarda
Şaquli və üfiqi yerlərdə
Yapışdırıcılarla montaj edilmiş hər cür döşəmə lövhələrinin aralarını suvamaq üçün
İstifadə ediləcək yerin hazırlanması
Keramika, kafel, qranit və s. yapışdırılmasında istifadə edilən məhlulların yaxşı şəkildə bərkiməsi vacibdir. Aralıq doldurucusunu tətbiq etməzdən öncə səth (lövhələrin araları) təmizlənməli və nəmləndirilməlidir.
Qarışdırma
7 litr su təmiz bir qaba boşaldılır. Üzərinə torbadakı maddənin hamısı tökülür və məhlul homogen vəziyyət alana qədər qarışdırılır. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra yenidən qarışdırılır və material hazırdır. Hazır məhsul +20 ̊C temperaturda 2 saat ərzində istifadə edilməlidir. Bu zaman məhlulun suyu çəkilərsə (məhlul quruyarsa) əlavə su tökülə bilər.
İstifadə qaydası
Kauçuk mala ilə keramik, qranit və s. lövhələrin üzərinə yayılır və aralıqlar doldurulur. Lövhələrin səthində artıq qalan məhlulu xüsusi alətlərlə sıyıraraq atın və bu zaman onun dərinə nüfuz edərək formasının pozulmamasına diqqət yetirin. Təxminən 45-50 dəqiqədən sonra səthdə qalacaq olan incə bir təbəqə formasında olan dolğu maddəsini yumşaq bir alətlə təmizləyin. Təmizlənmə zamanı əlinizdə olan süngəri tez-tez suya salaraq çalxalayın ki, sonradan lövhə üzərində qalan ləkələri aparmaq çox çətin olmasın. Büütün səth yaş bir süngərlə təmizlənir və yenidən su ilə yuyulur. Bu, istiliyi balanslaşdırmaq üçün edilir. 24 saatdan sonra lövhələr quru və təmiz bir bezlə təmizlənir. Aralıqları doldurma proseduru başa çatdıqdan sonra istifadəyə verilmə müddəti 24-48 saatdır.
Rəfdə saxlanma müddəti
Açılmamış qablaşmada 12 aydır
Anbara yığılma şərtləri
Rütubətsiz və quru yerlərdə üst-üstə ən çox 10 ədəd yığıla bilər
Alətlərin təmizlənməsi
İşi başa çatdıqdan sonra alətləri su ilə yuyun
Təhlükəsizlik tədbirləri
İstifadə və saxlanma zamanı bu maddənin gözünüzə, ağzınıza, cildinizə dəyməməsinə diqqət yetirin. Əgər cildinizə və gözünüzə dəyərsə, onu su ilə təmizlənən qədər yuyun.
Texniki xüsusiyyətləri
Əyilməyə qarşı müqaviməti : 2,5 N/mm
Sıxılmaya qarşı müqaviməti : 15 N/mm
Açınmaya qarşı müqaviməti : 1000 mm
Büzülmə : 3 mm/m
Su hopma : 30 dəq/ 4 saat 5 qram / 10 qram
İstiliyə davamlılığı : (-30 ̊C) – (+80 ̊C)