skip to Main Content

Kəpəz Makina Suvağı

Kəpəz Makina Suvağı

Kərpic, mişardaşı, beton, alçı panel, qazbeton, briket və s. kimi səthərə xüsusi avtomatik avadanlıq (aqreqat, makina) vasitəsilə tətbiq edilən gips əsaslı tikinti materialı

 Tətbiq sahələri

Kəpəz Makina Suvağı birbaşa hörülmüş  divara və ya tavana (yəni qum sement qarışığı ilə suvanmamış şəkildə olan səthə) vurulur (adi qum sement ilə suvanmış divar və ya tavanın üzərinə də Kəpəz Makina Suvağını vurmaq olar, ancaq qum sement suvağı sağlamlığa zərərli və təmir xərcləri yüksək olduğundan onun üzərinə vurmaq məsləhət görülmür).

Səth hazırlığı

Suvaq vurulacaq səthə “anoprofillər” yerləşdirilir. Ehtiyac duyulduğu hallarda divarın künclərində qırılmamaların olmamasından, künclərin düz və dəqiq olmasından ötrü divar künclərinə xüsusi “künc profilləri” yerləşdirilir. Müxtəlif materialların birləşdiyi yerlərə və hərəkətə məruz qala biləcək yerlərə plastik “suvaq toru” vurulur.

Əgər səth qəlibdən çıxan beton kimi hamardırsa, onun səthinin nahamar vəziyyətə gətirilməsi zəruridir.

Metal səthlərə Makina Astar suvağı vurulmamışdan öncə onlar antipas məhluli ilə paslanmadan qorunmalıdır.

İşin icra edildiyi yer və səthin temperaturu minimum +5̊̊ C, maksimum +40 ̊ C olmalıdır. “Kəpəz Makina Suvağının” hazırlanması üçün onu təmiz su ilə qarışdırmaq kifayətdir. Əlavə qatqılara və kimyəvi əlavələrə ehtiyac yoxdur.

Qeyd: Bu istifadə təlimatındakı göstəricilər ətraf mühit dəyişkliklərindən asılı olaraq dəyişə bilər.

Hazırlanma və istifadə qaydaları

Makinanın bunkerinə tələb olunan miqdarda Kəpəz Makina Suvağı əlavə edilir və makinaya fasiləsiz su axını qoşulur, su ilə Kəpəz Makina Suvağının qarışma nisbəti makinanın proqramına daxil edilir və makina işə salındıqdan sonra su Kəpəz Makina Suvağı ilə avtomatik olaraq homogen (eynicinsli) şəkildə qarışır. Hazır makina suvağı makinanın üzərindəki hava kompressorunun köməyi ilə təmirə hazır vəziyyətə gətirilmiş səthə (quraşdırılmış anoprofillərin arasına) 10 mm-dən az olmamaq şərti ilə (səthin tipindən asılı olaraq makina suvağının istifadə miqdarı dəyişə bilər) püskürtmə tapancası vasitəsilə püskürdülür. Səthə püskürdülən suvaq xüsusi alüminum profil alət ilə yayılır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq barmaqla sıxıldıqda barmağa batmırsa, o zaman səth mala ilə hamarlana bilər.

Təxminən bir saatdan sonra səth azca nəmləndirilərək trifil (süngərəbənzər yumşaq alət) ilə trifillərnir və səthə çıxan incə suvaq təxminən 10-15 dəqiqədən sonra (yəni səthə çıxan incə suvaq barmaqla sızdıqda barmağa batmırsa) metal mala ilə düzəldilərək qüsursuz və parlaq səth əldə edilir.

Əgər suvağın qalınlığı 3 sm-dən az olmalıdırsa, o zaman makina suvağı bir qat vurulur. Əgər suvağın qalınlığı 3 sm-dən çox olmalıdırsa və iki qat çəkməyə ehtiyac yaranarsa, o zaman ikinci qat birinci qat vurulduqdan təxminən 2 saat sonra (yəni barmaqla sıxıldıqda barmağa batmırsa) tətbiq olunmalıdır. (3 sm-dən yuxarı qalınlıqda vurulan makina suvağı səthi qalınlışdıraraq ağırlıq yaratdığından səthdə azca nahamarlıq yarana və su səbəbdən də ikini qatı vurmağa ehtiyac duyula bilər.)

Texniki xüsusiyyətləri

Fiziki görünüşü – Ağ toz

Alçı/su nisbəti : 100 qr alçı/50 qr su

İstifadə müddəti : 70-90 dəqiqə

Donma müddəti : 160-220 dəqiqə

Istifadə miqdarı : 1 sm qalınlığında 8,5-10 kq/m

Basınc müqaviməti : > 4 N/ mm2 (7 gün sonra)

Əyilmə müqaviməti : > 2 N/ mm2 (7 gün sonra)

Həcm çəkisi : 900-1200 qr/ lt

PH : 13-14

Səth sərtliyi : 40 shore D

Back To Top