Kəpəz Penoplast Yapışdırıcısı
Penoplast və istilik izolyasiyası lövhələrinin yapışdırılmasında istifadə edilən, su ilə qarışdırlaraq hazır vəziyyətə gətirilən sement əsaslı inşaat materialı
Təyinatı
Kəpəz Penoplast Yapışdırıcısı daxili və xarici məkanlarda penoplast və digər istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə edilir
Xüsusiyyətləri
Mükəmməl yapışmanı təmin edir
Çatlamır və büzülmür
Asanlıqla hazırlanır və tətbiq edilir
İstifadə müddəti uzunudur
Səthin hazırlanması
Üzərində istifadə ediləcək səth hər cür kir, yağ, toz, boya, inşaat artıqlarından təmizlənməlidir. Məhlulun tərkibindəki nəmi sürətlə itirməsinin qarşısını almaq üçün tətbiq ediləcəyi səthi əvvəlcədən nəmləndirilməlidir.
Məhlulun hazırlanması
Məhlulun hazırlanması üçün təmiz qabdan istifadə edilməlidir. Əvvəlcə qaba təmiz su, sonra isə suyun üzərinə ehmalca Kəpəz Penoplast Yapışdırıcsı tozu əlavə edilir. Aşağı ilə dövriyyə çalışan mexaniki qarışdırıcı ilə məhlul tam homogen vəziyyət alana qədər qarışdırılır, 5 dəqiqə gözlədikdən sonra məhlul bir daha qarışdırılaraq istifadə edilir.
İstifadə metodu, yapışdırma
Lövhələrin çevrəsi boyu və ortasına 3-4 sm qalınlıqda yaxılaraq səthə yapışdırılır. Yapışdırılma işlərindən 24 saat sonra lövhələr 5 nöqtədən şrupla səthə bərkidilir.
Qablaşdırma
25 kq-lıq bir qat polietilen kraft torbalarda
Sərfiyyat
1 kv.m. səthə 3-4 kq
Alətlərin təmizlənməsi
İşi başa çatdıqdan sonra alətləri su ilə yuyun
Təhlükəsizlik tədbirləri
İstifadə və saxlanma zamanı bu maddənin gözünüzə, ağzınıza, cildinizə dəyməməsinə diqqət yetirin. Əgər cildinizə və gözünüzə dəyərsə, onu su ilə təmizlənən qədər yuyun.
Verilmiş göstəricilər +23 dərəcə hava temperaturu və 50% nisbi nəmişlik üçün nəzərdə tutulmuşdur. Daha yüksək temperatur donma müddətini qısaldır, daha aşağı temperatur isə bu müddəti artırır.
Texniki xüsusiyyətləri
Görünüşü: Boz rəngli, xırda toz formasında
Homogenliyi: Homogen
Hazır məhlulun istifadə ediləbilmə müddəti: 4 saat
İsitfadə zamanı hava temperaturu: +5 dərəcə ilə +35 dərəcə arasında
Su ilə qarışdırma nisbəti : 6 litr suya 25 kq-lıq toz
İstifadə zamanı qalınlığı : minimum 5 mm, maksimum 20 mm
Saxlama müddəti: Rütubətsiz və quru yerdə orijinal olaraq qablaşdırılığı qabda 10 ədəd üst-üstə yığılaraq 9 ay saxlana bilər.




