Fixoboy (oboy suvağı)
Fixoboy (oboy suvağı) divar kağızı montaj ediləcək səthlərdə beton, sement suvağı və ya astar şpatlyovkası üzərindən tətbiq edilə bilən və üzlük şpatlyovkasına ehtiyac olmadan üzərindən divar kağızı montaj edilə bilən təbii gips əsaslə suvaq növüdür.
Material haqqında
Fixoboy (oboy suvağı) inşaat materialları bazarında alternativi olmayan yeni bir suvaq növüdür.
Əsas üstünlükəri
Divar kağızı vurulacaq səthlərdə üzlük şpatlyovkasına ehtiyac qalmır.
Boya və emulsiya ilə boyanacaq səthlərə üzlük şpatlyovkasının tətbiqini asanlaşdırır.
Təmir vaxtını qısaldır.
Təmir zamanı material və işçilik xərlərini azaldır.
Təbii və ekoloji cəhətdən tam sağlam bir materialdır.
Divar kağızını daha güvənli yapışmasını təmin edir.
Səthin hazırlanması
Fixoboy məhlulu hazırlanmamışdan əvvəl istifadə olunacaq alətlərin və qabın təmiz olmasına diqqət yetirilməlidir. Məhlulun tətbiq edilcəyəi divar səthi boya, suvaq və yağ qalıqlarından, qırıntılardan, tozdan və s. təmizlənməlidir. Yüksək hava hərarəti şəraitində divar və ya tavan səthini nəmləndirmək zəruridir. Səth sabit və möhkəm olmalıdır.
Suvağın hazırlanması
Qaba su əlavə edilir və bundan sonra fixoboy tozu ehmalca suyun üzərinə səpilir (0,5 litr suya 1 kq fixoboy tozu hesabı ilə) 2-3 dəqiqə ara verildikdən sonra məhlul istifadəyə hazır tam həmcins vəziyyətə gətirilənə qədər əl və ya makina ilə qarışdırırlır.
DİQQƏT!
Hazır fixoboy əvvəlcədən qara (sement əsaslı) suvaqla, “Kəpəz” astar və ya “Kəpəz Birbaşa” astar suvağı (şpatlyovkası) ilə suvanmış səthə tətbiq edilə bilər. Əgər səthə divar kağızı (oboy) yapışdırılacaqsa, fixoboy üzərindən üzlük şpatlyovka çəkməyə ehtiyac yoxdur!
Divar kağızıını daha güvənli yapışmasını təmin edir.
Suvağın tətbiqi
Fixoboy səthə 3 mm-ə qədər qalınlıqda, adi üzlük şpatlyovka kimi yaxılır. Bir neçə qat suvamaq üçün əvvəl ki, qat suvaq tam qurumalıdır. Tətbiq edilmi. Suvaq tam quruduqdan sonra səth artıq qalıqlardan metal şpatel vasitəsilə təmizlənir, ehtiyac duyduqda trifillənir.
Saxlama şəraiti
Materialın saxlama müddəti taxta lövhə və ya palet üzərində, quru şəraitdə və orijinal qablaşdırmada kisənin üstündə yazılmış istehsal tarixindən etibarən 6 aydır. Üst-üstə ən çox 18 kisə yığıla bilər.
Texniki xüsusiyyətləri
Fiziki görünüşü – Ağ toz
1 kq “Kəpəz Alçı” üçün 0,5 litr su istifadə olunur.
Alçı/su nisbəti : 100 qr alçı/50 qr su
İstifadə müddəti : 80-120 dəqiqə
Donma müddəti : 180-240 dəqiqə
Basınc müqaviməti : > 5 N/ mm2 (7 gün sonra)
Əyilmə müqaviməti : > 3 N/ mm2 (7 gün sonra)
Həcm çəkisi : 700-900 qr/ lt
Səth sərtliyi : 40 shore D