Feniks Fasad Emulsiyası
Akrilik kopolimer əsaslı, çatlamayan və tökülməyən, mat görünümlü, qoxusuz, yüksək keyfiyyətli, dekorativ son qat çöl divar boyasıdır
İstifadə sahələri
Bu boyadan binaların xarici hissələrində beton, gips, kərpic və digər köhnə və yeni səthlərdə istifadə olunur
Xüsusiyyətləri
Feniks fasad boya hər növ səthə yüksək yapışma qabiliyyəti olan, yüksək örtücülüyə malik, çatlamayan və tökülməyən, qoxusuz, fırça və roliz izi buraxmayan, ətraf mühitə zərərsiz, axmaya davamlı, dekorativ son qat çöl divar boyasıdır. Yüksək örtücülüyə malikdir və tənəffüsetmə xüsusiyyəti ilə divardakı rütubətin çölə çıxmasını təmin edir. Tərkibindəki silikon sahəsində rütubətli mühitlərdə səthin qabarmasını və tökülməsinin qarşısını alır. Yağışa, nəmə və günəş şüalarının təsiniə davamlıdır. Dəniz sahillərindəki tikililərdə duzlu suların mənfi təsirlərinə qarşı dözümlüdür.
İstifadə qaydaları
Tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk olaraq çatlar doldurulur beton, gips, kərpic və digər köhnə və yeni səthər toz və kirdən təmizlənməlidir. Birinci qatda boyanın 20-25%-ə, ikinci qatda isə 10-15%-ə qədər su ilə incəldilərək fırça və ya rolik ilə səthə çatdırılmalıdır. İsitfadə vaxtı temperatur +5 C ilə +30 C və rütubət 80%-dən aşağı olmamalıdır.
Sərfiyyatı
Səthin hopduruculuq dərəcəsindən asılı olaraq təkqatda 11-13 mm2 lt-dir
Saxlama müddəti
Günəş işığı düşməyən yerdə, orginal qabda, qapağı açılmadan, donmadan qorunmaq şərtilə 2 il saxlanıla bilər.
Quruma müddəti
İlk quruma – 1 saat
Tam quruma – 24 saatdır
Təhlükəsizlik tədbirləri
Gözə və orqanizm daxilinə düşməsindən qoruyun. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Texniki xüsusiyyətləri
Rəngi – Ağ
Məhsulun quruluşu – akriliksopolimer əsaslı
Qatı maddə miqdarı 72-74 %
Sıxlığı – 1,60 kq/litr
Tam quruma müddəti – 24 saaatdan sonra
Qablaşdırma – 3,5 ; 10,0 və 25,0 kq vedrələr
Yapışqanlıq : 120 KU-125 KU 25 C-də
PH : 8-9