Kəpəz Özüyayılan (Self-Levelling) Döşəmə materialı
Özüyayılan, mineral tərkibli, xüsusi sement əsaslı döşəmə örtüyü
Istifadə sahələri
Keramika, qranit, mərmər, taxta parket, laminat, parket, xalça, pvc, linolium, kauçuk örtüklər altında və arzu edilən hamarlıqda olmayan müxtəlif yerlərin hamarlanmasında istifadə edilir
Məhsulun üstünlükləri
Yüksək müqavimət göstərir, hər qalınlıqda asanlıqla tətbiq edilir, özlüyündə yayılır, pompa ilə tətbiq edilir, təkərli arabanın yükünə davam gətirir, yerdən isidilən məkanlar üçün müvafiq hesab edilir, qənaətcil istifadə etmək olur.
İstifadə miqdarı
Səthin vəziyyətindən asılı olaraq fərqlilik göstərir. Hər 1 mm qalınlıq üçün 1,5 kq/m2 material lazım olur.
Saxlama
Rəfdə saxlama müddəti 6 aydır. Məhsullar sərin və quru bir şəraitdə ən çox 6 torba üst-üstə qoymaq şərti ilə saxlanılmalıdır.
Səthi hazırlama
İşin görüləcəyi yer laxlamış hissələrdən, yağ və digər kimyəvi materiallardan təmizlənmiş, çatsız, quru və təmiz olmalıdır. Hamarlamaq üçün olan bu məhlulun istifadəsindən öncə yerə müvafiq bir astar çəkilməsi əhəmiyyətli şəkildə məsləhət görülür.
Hazırlanma təlimatı və istifadəsi
4-5 litr suya (hava hərarətindən asılı olaraq fərqli ola bilər) təmiz və sərin suyun içərsinə (25 kq) toz əlavə edilir (suyu tozun üzərinə əlavə etmək olmaz), mexaniki qarışdırıcı ilə 3-4 dəqiqə ərzində homogen vəziyyətə gətirilir. 3-4 dəqiqə gözlədikdən sonra məhlul 30 saniyə ərzində qarışdırılır və istifadəyə hazır vəziyyətə gətirilir. Məhlul tətbiq edilərkən hava hərarəti +5 dərəcə ilə +35 dərəcə arasında olmalıdır. Hazırladığınız məhlulu maya ilə istədiyiniz qalınlıqda yayın. 5 mm-dən qalın olan işlər zamanı quru qarışığa 30% və 50% nisbətində 0-4 mm qalınlığında kvars qumu əlavə edilə bilər.
Diqqətli olacağımız məsələlər
Səth, yapışdırıcılıq qabiliyyətini azaldan materiallardan təmizlənməli və məhlul tətbiq edilmədən öncə səthə müvafiq astar çəkilməlidir. Özüyayılan və hamarlanma qabiliyyətinə malik olan bu məhlul tez bərkidiyindən onu hər dəfə istidafə edəcəyiniz miqdarda saxlayın. Bərkiyən məhlul yenidən su ilə yumşaldıla bilər. İş görəcəyiniz məkanı yüksək istilikdən, ultrabənövşəyi şüaların və güclü hava axının təsirindən qoruyun. Hava qabarcıqlarının aradan qaldırılması üçün təkərli fırçadan istifadə edin.
Alətlərin təmizlənməsi
İşi başa çatdıqdan sonra alətləri su ilə yuyun.
Texniki xüsusiyyətləri
Toz rəngində : Boz
İşləmə hərarəti : Yüksək istilik minimum +5 dərəcə
Tətbiq etmə prosesi : 15-25 dəqiqə
Nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilməsi : 12-18 saat
Üzləmə üçün hazır vəziyyətə gəlməsi : 24-48 saat
Tətbiq etmə aləti : Mqvafiq mala və ya kirpi val




