Kəpəz Alçı Panel Yapışdırıcısı
Beton, qazbeton, kərpic və s. səthlərə alçı panel lövhələrinin (gipskarton lövhə) yapışdırılması üçün istifadə edilən inşaat materialı
Hazırlanması və istifadə qaydası
Alçı Panel Yapışdırıcısı səthə tətbiq edilməzdən öncə səth nahamar vəziyyətə gətirilməlidir. Təmiz bir qabda 5 litr suya 10 kq Kəpəz Alçı Panel Yapışdırıcısı səpələnərək, əlavə edilir. Suyun məhlula tam hopması üçün bir neçə dəqiqə gözlənilir. Daha sonra məhlul tam bir homogen forma alana qədər əl mikseri (ən çox 3 dəqiqə) və ya mala ilə yaxşıca qarışdırılır. Alçı Panel Yapışdırıcı məhlulu hazırlandıqdan sonra 30 sm-dən bir səthə yaxılır. Alçı Paneli yapışdırıldıqdan sonra isə səthin düzlüyü yoxlanılır.
Xüsusuiyyətləri
Möhkəm yapışır
Alçı panel (gipslarton) lövhələrinin montajı ənənəvi üsuldan daha az vaxt alır
İsitifadəsi asandır
Təmir xərclərini azaltmağa imkan verir
Texniki xüsusiyyətləri
Fiziki görünüşü – Ağ toz
Su/quru qarışıq nisbəti : 50%/50%
İstifadə müddəti : 60 dəqiqə
Donma müddəti : 120-140 dəqiqə
Istifadə temperaturu : +5 ̊ C – +30 ̊ C
Sıxılma müqaviməti : min 2,0 N/mm2
Əyilmə müqaviməti : min 1,0 N/mm2
Səth sərtliyi : 50 shore D




