“BakuBuild-2012” 18-ci Azərbaycan beynəlxalq “İnşaat” sərgisinin başlanması ilə Azərbaycanda “Xəzər İnşaat Həftəsi” start götürdü.
“BakuBuild-2012” 18-ci Azərbaycan beynəlxalq “İnşaat” sərgisinin başlanması ilə Azərbaycanda “Xəzər İnşaat Həftəsi” start götürdü.
Bu il sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak etdi. Sərgidə dünyanın aparıcı məhsul və xidmət istehsalçıları, habelə yerli istehsalçılar tikinti materiallarının ən müxtəlif və rəngarəng çeşidini təqdim etdilər.
“BakuBuild-2012” inşaat sərgisinin iştirakçısı kimi “Türk Yapı Sənaye” MMC şirkətinin istehsalı olan “Kəpəz” və “Nur” markalı gips əsaslı suvaqlar, həmçinin keramika və qranit yapışdırıcıları öz keyfiyyət göstəriciləri ilə böyük marağa səbəb oldu. İnşaat sərgisində əldə edilmiş nəticə şirkətimizin uğurlarına daha bir uğur qatdı.