skip to Main Content

“Türk Yapi Sənaye” MMC-nin rəhbərliyi ölkəmizdə aparılan ciddi tədbirlərə dəstək olaraq Bakı və bölgələr üzrə  2020-ci ilin 01 fevral tarixindən 30 may 2020-ci il tarixinədək keçirilməsi nəzərdə tutulan ustalar arası nərd turnirini qeyri-müəyyən tarixədək təxirə salmaq məcburiyyətində qalmışdır.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Həmin qərarlar toplusunu nəzərə alaraq “Türk Yapi Sənaye” MMC-nin rəhbərliyi ölkəmizdə aparılan ciddi tədbirlərə dəstək olaraq Bakı və bölgələr üzrə  2020-ci ilin 01 fevral tarixindən 30 may 2020-ci il tarixinədək keçirilməsi nəzərdə tutulan ustalar arası nərd turnirini qeyri-müəyyən tarixədək təxirə salmaq məcburiyyətində qalmışdır.

Turnir haqqında alınan yeni qərarlar və turnirin keçiriləcəyi yeni tarix haqqinda məlumat www.turkyapi.az saytında və şirkətimizin sosial şəbəkələrdəki səhifələrində veriləcəkdir. Məsləhət görürük ki, topladığınız kuponları saxlayasınız və həmin kuponlar turnir bərpa olunduğu təqdirdə keçərli olacaqdır.

Back To Top