“Türk Yapı Sənaye” MMC şirkəti 23-26 oktyabr tarixində Bakı Ekspo mərkəzində təşkil olunan 19-cu beynəlxalq tikinti sərgisində iştirak etmişdir.
“BakuBuild-2013” inşaat sərgisinin iştirakçısı kimi “Türk Yapı Sənaye” MMC şirkətinin istehsalı olan “Kəpəz” və “Nur” markalı gips əsaslı suvaqlar, həmçinin səmənt əsaslı məhsulları öz keyfiyyət göstəriciləri ilə böyük marağa səbəb oldu. İnşaat sərgisində əldə edilmiş nəticə şirkətimizin uğurlarına daha bir uğur qatdı.