18 Mart 2013-cü il tarixində Gəncə şəhərində İnşaat Klubunun Birinci Toplantısı təşkil edildi.
Tədbirdə Türk Yapı Sənaye MMC şirkətinin nümayəndələri “Kəpəz Alçı İnşaat Klubunun” üzvləri ilə görüşdü. Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə tikinti sahəsində müşahidə olunan son tendensiyalar, ustaların qarşılaşdığı müxtəlif çətinliklər, inşaat materialları bazarında baş verən yeniliklər müzakirə olundu, şirkətin istehsal etdiyi yeni məhsul çeşidlərinin təqdimatı həyata keçirildi. Təqdimat mərasimindən sonra İnşaat Klubu üzvləri üçün qarşıdan gələn Novruz Bayramı münasibəti ilə bayram ziyafəti təşkil edildi. Tədbirin sonunda iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldı.