“Türk Yapi Sənaye” MMC şirkəti Azərbaycan Milli İdman Növləri Assosiasiyasinin dəstəyi ilə Bakı şəhərində və regionlarda böyük mükafatı 15000 AZN olan Nərd turniri keçirəcəkdir.
Nərd (uzun növü) üzrə Azərbaycanda çalışan inşaat ustalarının ölkə çempionatının
ƏSASNAMƏSİ
I məqsəd və vəzifələr
– Milli nərd oyununun inşaat sektorunda çalışan ustalar arasında təbliği və inkişaf etdirilməsi;
– Nərd üzrə istedadlı oyunçuların aşkar edilməsi.
II Yarışın keçirilmə vaxtı və yeri
Yarış Bakı və regionlar (Gəncə, Bərdə, Lənkəran, Şəki, Quba) üzrə keçiriləcəkdir.Qeydiyyat Bakı və bölgələr üzrə 2020-ci ilin 01 fevral tarixindən 30 may 2020-ci il tarixinədək keçiriləcəkdir. Regionlar üzrə yarışların müddəti:
Gəncə şəhəri: 1-2 iyun 2020-ci il
Bərdə şəhəri: 3-4 iyun 2020-ci il
Şəki şəhəri: 5-6 iyun 2020-ci il
Lənkəran şəhəri: 7-8 iyun 2020-ci il
Quba şəhəri: 9-10 iyun 2020-ci il
Bakı şəhəri: 20 fevral 2020-ci ildən 13 iyuna qədər.
Bakı şəhərində keçirilən yarışlar müəyyən olunan günlər (28 fevral 2020-ci il, 31 mart 2020-ci il, 30 aprel 2020-ci il, 30 may 2020-ci il) ərzində keçiriləcəkdir.Təyin edilən günlər üzrə 100-ə yaxın iştirakçı toplanarsa göstərilən günlər ərzində yarış keçiriləcəkdir.Müəyyən günlərdə 100 nəfər yarış iştirakçısı toplanarsa, yarışın keçirilmə günlərini yarışın təşkilat komitəsi əlavə olaraq müəyyən edəcəkdir.
Əlaqə telefonları: (+994 12) 511 12 42, 564 08 09, (070)203 39 85, (050) 229 39 85
III Yarışa rəhbərlik
Çempionatın təşkili və keçirilməsinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “Türk Yapı Sənaye” MMC-nin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının və Azərbaycan Nərd Federasiyasının nümayəndələrindən ibarət təşkilkat komitəsi rəhbərlik edir.Çempionatın keçirilməsi zamanı hakimlər Azərbaycan Nərd Federasiyası tərəfindən təyin edilir.
IV Çempionatın iştirakçıları
“Nərd” (uzun növü) üzrə Azərbaycanda çalışan inşaat ustalarının çempionatında milliyətindən asılı olmayan 18 yaşına çatmış və yuxarı yaşı olan Azərbaycan Respublikası vətəndaşı olan və ya Azərbaycanda işləmək üçün iş izni olan kişilər və qadınlar (“Türk Yapı Sənaye” MMC-nin işçilərinin və Azərbaycan Nərd Federasiyasının üzvlərinin yaxın qohumlarından başqa) iştirak edə bilər.
V Yarışların keçirilmə üsulu
Azərbaycan çempionatı uğurunda yarış mövcud olan Beynəlxalq Nərd Federasiyasının qaydaları əsasında keçirilir.
VI Çempionatın şərtləri
-“Nərd” (uzun növü) üzrə Azərbaycanda çalışan inşaat ustalarının ölkə çempionatı ölkədə mövcud olan Nərd üzrə beynəlxalq yarış qaydalarına müvafiq keçirilir;
-Yarış 1 görüşü uduzub çıxma-olimpiya üsulu üzrə keçirilir;
– Hər görüş bir tasdan ibarətdir;
-Oyun zamanı uduş bir “Tasdan” ibarətdir, yəni üç qələbəyədək keçirilən oyundan, ya bir mars bir oyundan, ya 2 marsdan ya da üç oyun qələbədən ibarət olur;
– Bir oyunda məğlub olan yarışı tərk edir
– Bir oyunda qalib olan oyunçu növbəti oyuna buraxılır;
– Bakı və bölgələr üzrə qaliblər final mərhələsində oynamaq hüququnu qazanır.
Qeyd: 1. Kişilər və qadınlar arasında yarış eyni qaydada keçirilir.
- Oyun vaxtı zərlər xüsusi qablarla atılır.
- Oyun zamanı hər iki oyunçu eyni, bir cüt zərə malik olmalıdır.
VII Mükafatlandırma
Bölgələr üzrə yarışlarda ilk üç yeri tutan oyunçular “Türk Yapı Sənaye” MMC tərəfindən müəyyən edilmiş pul mükafatı ilə mükafatlandırılırlar.
I yer – 1000 AZN (Bir min manat)
II yer – 500 AZN (Beş yüz manat)
III yer- 250 AZN (İki yüz əlli manat)
15 iyun 2020-ci ildə Bakı şəhərində keçiriləcək yekun final mərhələsində:
I yeri tutan 15000 AZN (On beş min manat)
II yeri tutan 3000 AZN (Üç min manat)
III yeri tutan 1000 AZN (Min manat)
Yuxarıda göstərilənlərdən başqa, yekun final mərhələsində I yerlərə layiq görülən iştirakçılar Gənclər və İdman Nazirliyinin diplomları ilə, 4,5 və 6-cı yerləri tutanlar isə “Türk Yapı Sənaye” MMC-nin təsəlli hədiyyələri ilə mükafatlandırılacaq.
VIII İştirakçılar
Azərbaycan vətandaşı olan ustalar və eləcə də əcnəbilər (ölkədə iş izni olan ustalar) yarışda iştirak etmək istədikdə, “Kəpəz” markalı gips əsaslı suvaq və sement əsaslı yapışdırıcı kisələrindən çıxan müəyyən sayda kuponları təqdim etdikdən sonra, mandat komissiyası tərəfindən fərdi olaraq yarışa buraxılırlar.Məlumat almaq istəyənlər “Kəpəz” markalı gips əsaslı suvaq və sement əsaslı yapışdırıcı kisələrindən çıxan kuponda qeyd olunmuş ünvanlara və ya www.turkyapi.az saytına müraciət edə bilərlərlər.



