<

KƏPƏZLATEX iki komponentli su izolyasiya məhlulu

Haqqında – tərkibində məhsulun performansını və istifadəyə yararlılığını artıran kimyəvi qatqıların olduğu, iki komponentli, betona, kərpicə və digər tikinti materiallarına yeni görünüş verən, su keçirməyən, akrilik polimer ilə qarışdırılaraq istifadə edilən sement əsaslı bir materialdır. Fırça, təkərli fırça, püskürtmə maşını, mala ilə asanlıqla tətbiq edilir və su keçirməyən bir səth yaradır. Su yolu ilə daşınan duzlara və atmosferdəki qazlara qarşı təsirli bir maneə yaradır. Maye halında tətbiq edilən Kəpəzlatex (suya qarşı izolyasiya məhlulu) fundament və damların qorunması üçün, çətin aşınan və su keçirməyən bir membrandır. Piyada və yük nəqliyyatının istifadə etdiyi yollarda qoruyucu üzləmə materialı ilə (keramika, nivelir məhlulu ilə) üzlənməlidir.

Xüsusiyyətləri – 1 mm-lik Kəpəzlatex karbonatlaşmağa qarşı 80 sm qalınlığında olan beton təbəqə qədər müqavimət yaradır. Mükəmməl yapışdırıcılıq xüsusiyyətinə malikdir. Keçiricilik qabiliyyəti olan və olmayan səthləri bir-birinə bağlayır. Elastikdir. Sağlamlığa zərərsiz olduğundan su ilə təması sağlamlığa heç bir təsir göstərmir. Nəfəs alır. Su geri çəkilərkən alt səthin hava keçirməsinə imkan yaradır. Karbondioksid və xlor ionlarına qarşı yüksək müqavimət göstərir. Ənənəvi materiallar üçün 7 – 28 günlük bir gözləmə müddəti lazım olursa, bu məhsul 24 saatlıq təzə betona tətbiq edilə bilir və dərhal qorumanı təmin edir.

 

 

 
mod_vvisit_counterbugün35
mod_vvisit_counterdün49
mod_vvisit_counterbu hafta387
mod_vvisit_counterbu ay845
mod_vvisit_countertoplam71477