<

KƏPƏZ BİNASTAR (BİNDER)

MATERİAL HAQQINDA: Daxili məkanlar və fasad üçün akrilik kopolimer əsaslı astar materialı. Tətbiq edildiyi səthin maye hopdurma qabiliyyətini azaldır. Boya və ya emulsiya sərfiyyatını azaldır. Suvaq və ya boya ilə divar səthi arasında yapışma qabiliyyətini artırır.

ISTIFADƏ SAHƏSİ: Tikililərin divar və tavanlarında, suvaq, beton tipli və ya mineral tərkibli səthlərdə boya və yaxud gips əsaslı suvaqların tətbiq edilməsindən öncə astar materialı kimi istifadə edilir.

HAZIRLANMA QAYDASI: Kəpəz Binastar istifadəyə hazır vəziyyətə gətirilmək üçün, sadəcə, 1:4 nisbətində su ilə qarışdırılır.

TƏTBİQ EDİLMƏ QAYDASI: Kəpəz Binastar adi və ya diyircəkli fırça ilə birbaşa divar səthinə tətbiq edilir. Kəpəz Binastarın tətbiq edilməsi üçün tövsiyyə edilən ən aşağı hava temperaturu + 5 °C təşkil edir.

 

 

 
mod_vvisit_counterbugün35
mod_vvisit_counterdün49
mod_vvisit_counterbu hafta387
mod_vvisit_counterbu ay845
mod_vvisit_countertoplam71477