<

 

Şirkət haqqında qısa məlumat

Türk Yapı Sənaye” MMC şirkətinin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulmuşdur. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır. Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşən zavodumuz qabaqcıl texnologiyalarla təchiz edilmiş, həmçinin istehsal prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislər cəlb edilmişdir ki, bu da şirkətimizin beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli məhsullar istehsal edə bilməsinə şərait yaradır. İxtisaslaşmış laboratoriyamızda mütəxəssislərimiz, mütəmadi olaraq, məhsullarımızın keyfiyyətini analiz edir, sınaq testləri keçirir və daim yeni məhsul konsepsiyaları üzərində çalışırlar. Məhz bunun nəticəsidir ki, “Türk Yapı Sənaye” MMC altı ilə yaxın bir vaxt ərzində sektorun liderlərindən birinə çevrilmişdir. Şirkətimizə məxsus olan Nur®, Kəpəz®, Kars®, Pakçim® əmtəə nişanlı astar və üzlük suvaqları, keramika və qranit yapışdırıcıları və s. məhsullarımız öz keyfiyyəti ilə müştəri məmnuniyyəti qazanmış və öz sektorunda bir növ etalona çevrilmişdir. 

Missiyamız

Missiyamız müştərilərimizə ən optimal qiymətlərə yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz gips və qeyri-gips əsaslı inşaat materialları təqdim etməkdir. 

Məqsədimiz

İstehsalat və idarəçilikdə qabaqcıl beynəlxalq standart və texnologiyaların tətbiq və təşviq edilməsinə, həmçinin davamlı təkmilləşmə və yeniləşmə yolu ilə Azərbaycanda sənaye sektorunun inkişafına, ölkəmizin dünya bazarlarında keyfiyyətli inşaat materialları istehsalçısı və ixracatçısı kimi tanıdılmasına nail olmaq bizim əsas məqsədimizdir.

 
mod_vvisit_counterbugün54
mod_vvisit_counterdün45
mod_vvisit_counterbu hafta279
mod_vvisit_counterbu ay1064
mod_vvisit_countertoplam68507